Bank Of Baku

QMİ rəsmisi: “Azərbaycan hökuməti vətəndaşlarını sağlamlığının qeydinə qalaraq, onların Həcc ziyarətinə getməməsi barədə qərar verə bilər”

QMİ rəsmisi: “Azərbaycan hökuməti vətəndaşlarını sağlamlığının qeydinə qalaraq, onların Həcc ziyarətinə getməməsi barədə qərar verə bilər”
# 04 avqust 2009 13:07 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. A/H1N1 virusu ilə bağlı Həcci ziyarətinin təxirə salınması barədə Qafqaz Müsəlmanları İdarəsində (QMİ) müzakirə aparılmır. İdarənin beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov APA-ya bildirib ki, əgər Səudiyyə Ərəbistanı Krallığının hökuməti zəvvar qəbul etməyəcəyi barədə qərar qəbul etsə, o zaman QMİ ziyarəti təxirə sala bilərlər: “Həmçinin, epidemiyanın geniş yayılacağı təqdirdə Azərbaycan hökuməti öz vətəndaşlarını sağlamlığının qeydinə qalaraq vətəndaşların Həcc ziyarətinə getməməsi barədə qərar verə bilər. Amma hələ bu qərarların heç biri yoxdur. QMİ-nin özünün də belə bir qərar qəbul etmək səlahiyyəti var və məsələ ciddiləşərsə, o zaman Qazilər Şurası bu barədə qərar qəbul edə bilər. Amma indiki məqamda hadisələri qabaqlamayaq. Əgər elə bir zərurət yaranarsa, şübhəsiz QMİ də, hökumət də müvafiq qərar qəbul edəcək. İndiki məqamda isə buna zəruri bir ehtiyac yoxdur. Ona görə də bu məsələ müzakirə edilmir”.

M. Payızov onu da qeyd edib ki, hazırda qurumda Həcc ziyarəti üçün ərizə qəbulu davam edir: “Avtobusla müəyyən olunmuş yerlər tam dolub, amma təyyarə ilə ziyarət üçün boş yerlər var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR