Bank Of Baku

Həcc ziyarətinə gedəcək Azərbaycan vətəndaşları “donuz qripi”nə qarşı peyvənd olunmalıdırlar

Həcc ziyarətinə gedəcək Azərbaycan vətəndaşları “donuz qripi”nə qarşı peyvənd olunmalıdırlar
# 17 avqust 2009 08:32 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu il Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xətti ilə Həcc ziyarətinə gedəcək Azərbaycan vətəndaşları “donuz qripi”nə qarşı peyvənd olunmalıdırlar. Bu barədə APA-ya QMİ-nin beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov məlumat verib. Onun sözlərinə görə, bu, Səudiyyə Ərəbistanı Krallığının builki Həcc ziyarəti ilə bağlı qoyduğu şərtdir. M. Payızov bildirib ki, zəvvarlar peyvənd olunmaqları ilə bağlı idarəyə tibbi arayış təqdim etməlidirlər: “Əgər ziyarətə qədər Azərbaycana “donuz qripi”nə qarşı vaksin gətirilməsə, o zaman zəvvarlar ən azı adi qripə qarşı vaksin olunmalıdırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR