Bank Of Baku

Seyyid Əli Xamneyi: Mehdinin dönüşü üçün İslam ölkələri Silahlı Qüvvələrini birləşdirməlidir

Seyyid Əli Xamneyi: Mehdinin dönüşü üçün İslam ölkələri Silahlı Qüvvələrini birləşdirməlidir
# 19 avqust 2009 07:50 (UTC +04:00)
Bakı – APA. İranın ali dini lideri Seyyid Əli Xamneyi yaxınlarda 12-ci İmam Mehdi Sahib-əz-Zamanın zühur edəcəyini bildirərək, İslam ölkələrini birləşməyə dəvət edib. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən xəbərinə görə, Xamneyinin çağırışını sözçüsü Əli Səidi “əl-Ərəbiyyə” telekanalında səsləndirib.
Ə.Səidi ali dini liderin adından bunları deyib: “Türkiyə, İraq, Livan, Pakistan və Əfqanıstan Mehdinin dönüşünə mane olmağa çalışacaq ABŞ və İsrail kimi ölkələrə qarşı birləşdirməli, köklü dəyişikliklərə hazır olmalıyıq”.
Ə.Səidi Ə.Xamneyinin çağırışını belə əsaslandırıb: “Ayətullah Xamneyi Mehdinin gerçək təmsilçisidir. Ruhani liderə itaət etmək Mehdiyə itaət və bağlı olmaq deməkdir. İran Silahlı Qüvvələri Xamneyiyə bağlıdır və Medinin əmrlərini yerinə yetirəcəkdir”.
Qeyd edək ki, şiə inancına görə, 1141 il əvvəl İraqın Səmərra şəhərində qeyb olan 12-ci imam Mehdi Sahib-əz-Zaman qiyamət günündən öncə İranın Qum şəhərində zühur edəcək. O, yer üzündə 7, 9 və ya 19 il qalacaq, dünyadakı bütün haqsızlıqları yox edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR