Bank Of Baku

QMİ sədri Hacı Allahşükür Paşazadə Çeçenistan prezidenti ilə görüşüb

QMİ sədri Hacı Allahşükür Paşazadə Çeçenistan prezidenti ilə görüşüb
# 21 avqust 2009 08:08 (UTC +04:00)
Bakı-APA. Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə Rusiya İslam Universitetinin açılış mərasimində iştirak etmək üçün Qroznıya gedib. APA-nın Çeçenistan prezidentinin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, açılış mərasimindən sonra Çeçenistan prezidenti Ramzan Kadırovla QMİ sədri arasında təkbətək görüş keçirilib. Allahşükür Paşazadə prezidentin atası ilə şəxsi tanışlığının olduğunu bildirib: “Sizin atanızla çoxdan tanış idim, aramızda əsl dostluq münasibətləri qurulmuşdu. Aramızda heç bir sirrimiz yox idi, bir-birimizə kömək edirdik. Əminliklə deyə bilərəm ki, ad günü ərəfəsində Hacı Əhməd bu dünyanı şəhid kimi tərk etdi. Ümummilli liderimiz Heydər Əliyev həmişə mənə ağır sınaq illərində çeçen xalqına kömək göstərməyi tapşırırdı. Hazırkı prezident İlham Əliyev də çeçen xalqına simpatiya hissləri bəsləyir və bu fikirlərini şəxsən Sizə və çeçen xalqına çatdırmağımı xahiş etdi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR