Bank Of Baku

ABŞ prezidenti Barak Obama müqəddəs Ramazan ayının başlanması münasibəti ilə müsəlmanlara müraciət edib

ABŞ prezidenti Barak Obama müqəddəs Ramazan ayının başlanması münasibəti ilə müsəlmanlara müraciət edib
# 22 avqust 2009 12:09 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama amerikalılar və ölkədə yaşayan bütün müsəlmanlar adından dünya müsəlmanlarını Ramazan bayramının başlanması münasibəti ilə təbrik edib. APA-nın xəbərinə görə, Ağ Evin sahibi müsəlman dünyasına aid vacib məsələlər, həmçinin Yaxın Şərq münaqişəsi, İraq müharibəsi kimi mövzulara toxunub. O qeyd edib ki, “biz dünyanın daha təhlükəsiz olması üçün öz səylərimizin məsuliyyətini tam anlayırıq. Buna görə də biz ciddi olaraq yəhudilərlə fələstinlilərin sülh və təhlükəsizlik şəraitində yaşaması üçün “İki dövlət həlli”ni dəstəkləyirik. Buna görə də Amerika universal insan haqlarını dəstəkləməkdə davam edəcək”.
Prezident Obama müsəlman dünyası ilə yeni başlanğıc siyasətinə sadiq qaldığını, əks tərəfin mövqeyini dinləməyə hazır olduğunu bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR