Bank Of Baku

“Fatmeyi Zəhra” məscidinin dini icması Bakı Şəhər İcra Hakimiyyəti və Suraxanı rayon İcra Hakimiyyətini məhkəməyə verib

“Fatmeyi Zəhra” məscidinin dini icması Bakı Şəhər İcra Hakimiyyəti və Suraxanı rayon İcra Hakimiyyətini məhkəməyə verib
# 25 avqust 2009 10:04 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Fatmeyi Zəhra” məscidinin dini icması Bakı Şəhər İcra Hakimiyyəti və Suraxanı rayon İcra Hakimiyyəti ilə bağlı 2 Saylı Bakı Yerli İqtisad Məhkəməsində qarşılıqlı iddia qaldırıb. Dini icmanın üzvü Tofiq Rəzizadənin APA-ya verdiyi məlumata görə, iddia ərizəsində BŞİH başçısının məscid üçün ayrılmış yerdə aparılan tikinti işlərinin dayandırılması barədə sərəncamının ləğv olunması və Suraxanı rayon İcra Hakimiyyətinin məscidin tikintisinə müdaxiləsinin qarşısının alınması ilə bağlı qətnamənin qəbul olunması xahiş edilib.

İcma iddia ərizəsində məscidin tikintisi ilə bağlı bütün sənədlərin qaydasında olduğunu bildirib və 33 adda sənədi də məhkəməyə təqdim edib. T. Rəzizadənin sözlərinə görə, hələ 2002-ci ildə məscidin tikintisinin dayandırılması barədə BŞİH-nin cəhdləri olub. Lakin o zaman icma üzvləri prezident Heydər Əliyevə müraciət etdikdən sonra problem həll edilib.

Qeyd edək ki, Suraxanı rayon İcra Hakimiyyəti Yeni Günəşli qəsəbəsi v massivi 33 ünvanında yerləşən “Fatmeyi Zəhra” məscidinin sökülməsi və torpaq sahəsinin icra hakimiyyətinin istifadəsinə qaytarılması barədə qətnamənin qəbul olunması xahişi ilə məhkəməyə müraciət edib. Suraxanı rayon İH-nin iddiası ilə bağlı məhkəmə iclası avqustun 28-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR