Bank Of Baku

Şeyxülislam Hacı Allahşükür Paşazadəni yubileyi münasibətilə 4 prezident təbrik edib

Şeyxülislam Hacı Allahşükür Paşazadəni yubileyi münasibətilə 4 prezident təbrik edib
# 27 avqust 2009 12:57 (UTC +04:00)
Bakı. Zaur Həsənov-APA. Azərbaycan prezidenti İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadəni telefon vasitəsilə təbrik edib.
QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yubilyarı təbrik edənlər arasında Rusiya prezidenti Dmitri Medvedyev, Özbəkistan prezidenti İslam Kərimov, Belarus prezidenti Aleksandr Lukaşenko da var. Prezidentlər təbrik məktublarında A. Paşazadənin dinlərarası dialoqa, xalqlar arasında dostluq, anlaşma şəraitinin, tolerant dini mühitin möhkəmlənməsinə verdiyi tövhəni xüsusi qeyd ediblər. Prezidentlərlə yanaşı Şimalı Qafqaz respublikalarının rəhbərləri, müftilər, MDB dövlətlərinin, o cümlədən Orta Asiyanın dini xadimləri, Rusiya Müftilər Şurasının sədri telefon vasitəsi ilə Hacı Allahşükür Paşazadəni təbrik ediblər. Azərbaycanda akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, hökumət üzvləri, ictimai-siyasi xadimlər, media qurumların rəhbərləri də təbriklərə qoşulublar. Xatırladaq ki, dünən Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Şeyxülislam Hacı Allahşükür Paşazadə “Şərəf” ordeni ilə təltif olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR