Bank Of Baku

Türkiyənin Azərbaycandakı səfirliyinin Dini işlər üzrə müşaviri: ““Şəhidlər” məscidi açılmayacaq”

Türkiyənin Azərbaycandakı səfirliyinin Dini işlər üzrə müşaviri: ““Şəhidlər” məscidi açılmayacaq”
# 28 avqust 2009 10:22 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin Dini işlər üzrə müşaviri Müzəffər Şahin deyib. Səfirlik rəsmisi bu ilin aprelində təmirə bağlanan ibadət ocağında müəyyən işlərin görüldüyünü deyib. Onun sözlərinə görə, hazırda ibadət etməyə imkan olsa da, məscid açılmayıb: “Görünən odur ki, məscidin açılmasına ümid etmək olmaz. Azərbaycanda bu məsələyə cavabdeh olan şəxslər var. Bizim məscidin açılması ilə bağlı qərar vermək səlahiyyətimiz yoxdur”.

M. Şahin Azərbaycanda fəaliyyət göstərən digər türk məscidlərinin fəaliyyətində hər hansı problemin olmadığını qeyd edib.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş şöbəsinin müdiri Gündüz İsmayılov isə APA-ya açıqlamasında hazırda Azərbaycanda dini icmaların yenidən qeydiyyata alınması prosesinin getdiyini deyib: “İcmalar isə məscidlərdə qeydiyyata alınır. Dini icmaların qeydiyyatı başa çatdırılandan sonra “Şəhidlər” məscidi ilə bağlı məsələyə baxıla bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR