Bank Of Baku

Azərbaycanda təkrar qeydiyyata alınan dini icmaların adları yaxın günlərdə açıqlanacaq

Azərbaycanda təkrar qeydiyyata alınan dini icmaların adları yaxın günlərdə açıqlanacaq
# 28 avqust 2009 10:24 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Yaxın günlərdə təkrar qeydiyyata alınan dini icmaların adları açıqlanacaq. Bu barədə APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş şöbəsinin müdiri Gündüz İsmayılov bildirib. Şöbə müdiri deyib ki, hazırda dövlət komitəsi dini icmaların yenidən qeydiyyata alınması üzərində işləyir. Onun sözlərinə görə, təkrar qeydiyyata alınma zamanı müsəlman təmayüllü dini icmalara Qafqaz Müsəlmanları İdarəsi tərəfindən rəy veriləcək: “İslam təmayüllü dini icmaların sənədləri Qafqaz Müsəlmanları İdarəsinə təqdim edilib. Onlar rəy verdikdən sonra sənədlər Dövlət Komitəsinə göndəriləcək. Xristian təmayüllü dini icmaların sənədlərinə isə birbaşa Dövlət Komitəsində baxılır. Ümumiyyətlə, hələlik indiyə kimi qeydiyyata alınan icmaların qeydiyyatı üzərində iş aparılır. Ondan sonra isə qeydiyyat üçün yeni sənəd təqdim edən icmaların məsələsinə baxılacaq” .

G. İsmayılov deyib ki, təkrar qeydiyyata alınma zamanı sənədləri qaydasında olmayan dini icmalar qeydiyyata alınmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR