Bank Of Baku

“Fatmeyi Zəhra” məscidinin dini icması Azərbaycan prezidentinə müraciət edib

“Fatmeyi Zəhra” məscidinin dini icması Azərbaycan prezidentinə müraciət edib
# 01 sentyabr 2009 14:03 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Fatmeyi Zəhra” məscidinin dini icması ölkə prezidentinə müraciət edib. Məscidin dini icmasının üzvü Tofiq Rəzizadə APA-ya bildirib ki, icma üzvləri müraciətlərində 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinin Suraxanı rayon İcra Hakimiyyətinin iddiası əsasında məscidin sökülməsi ilə bağlı qərar qəbul olunduğunu bildiriblər. Qərarın ədalətsiz olduğunu qeyd edən icma üzvləri məscidin tikilməsi, torpağının alınması ilə bağlı bütün sənədlərin qaydasında olduğunu və həmçinin, bu məscidin tikilməsindən Heydər Əliyevin də xəbərdar olduğunu bildiriblər: “2002-ci ildə Bakı şəhər İcra Hakimiyyəti məscidin tikintisinin dayandırılması barədə göstəriş vermişdi, biz o vaxt Heydər Əliyevə müraciət etdikdən sonra bu problem aradan qaldırıldı”. T. Rəzizadə onu da bildirib ki, məhkəmənin qərarını aldıqdan sonra apelyasiya şikayəti veriləcək. Qeyd edək ki, Yeni Günəşli qəsəbəsi, “V” massivi 33 ünvanında yerləşən “Fatmeyi Zəhra” məscidinin sökülməsi ilə bağlı qərar II saylı Bakı Yerli İqtisad Məhkəməsində qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR