Bank Of Baku

Səudiyyə Ərəbistanı xəbərdarlıq edir: 12 yaşdan kiçik, 65 yaşdan böyük zəvvarların Həcc ziyarətinə gəlməsi məqsədəuyğun deyil

Səudiyyə Ərəbistanı xəbərdarlıq edir: 12 yaşdan kiçik, 65 yaşdan böyük zəvvarların Həcc ziyarətinə gəlməsi məqsədəuyğun deyil
# 04 sentyabr 2009 15:09 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycanın Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Təkliflərə əsasən, ziyarətə gələn əcnəbi zəvvarların yaş həddinə müəyyən məhdudiyyətlərin qoyulması tövsiyə olunub, 12 yaşdan kiçik, 65 yaşdan böyük zəvvarların Ümrə və Həcc ziyarətinə gəlməsi məqsədəuyğun hesab olunmayıb.

Bundan əlavə, Həcc ziyarətinə gəlmək istəyən zəvvarlar mövsümi qripə qarşı peyvənd olunmalı və H1N1 virusunun yayılması intensivliyindən asılı olaraq ayrıca qərar qəbul olunarsa, bu xəstəliyə qarşı da peyvənd olunmalıdırlar.

Yalnız peyvənd olunmaları haqqında təsdiqləyici sənədi olan şəxslərə Səudiyyə Ərəbistanının xaricdəki konsulluqları tərəfindən viza veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR