Bank Of Baku

Qafqaz Müsəlmanları İdarəsi: “Həcc ziyarəti ilə bağlı Səudiyyə Krallığı tərəfindən irəli sürülən bütün şərtlər təmin ediləcək”

Qafqaz Müsəlmanları İdarəsi: “Həcc ziyarəti ilə bağlı Səudiyyə Krallığı tərəfindən irəli sürülən bütün şərtlər təmin ediləcək”
# 05 sentyabr 2009 10:10 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Həcc missiyasını həyata keçirən təşkilat kimi Səudiyyə Ərəbistanı Krallığı tərəfindən irəli sürülən bütün şərtləri təmin edəcək. Bu barədə APA-ya QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib. Mətbuat xidmətinin rəhbəri deyib ki, QMİ Səudiyyə Ərəbistanı Krallığının Həcc ziyarətində 12 yaşdan aşağı və 65 yaşdan yuxarı insanların iştirakının məhdudlaşdırılması ilə bağlı tövsiyəsindən xəbərdardır və bu şərti yerinə yetirəcək. Onun sözlərinə görə, sözügedən tövsiyəyə uyğun olaraq, 12 yaşdan kiçik, 65 yaşdan böyük zəvvarların sənədləri başqa uyğun zəvvarların sənədləri ilə əvəzlənəcək: “Hər il Səudiyyə Ərəbistanı Krallığı ilə Həcc missiyasının həyata keçirilməsi ilə bağlı müqavilə bağlanır. Həmin müqavilədə əlavə problemlər yaranarsa, onların nəzərə alınması ilə bağlı öhdəlik götürülür”.

Qeyd edək ki, bu il Həcc ziyarətinin noyabrın əvvəllərindən başlayaraq həyata keçirilməsi nəzərdə tutulub. QMİ Həcc ziyarəti üçün Azərbaycana ayrılan kvotanı 2 min nəfərə qədər azaldıb. Ayrılan yerlərdən 1700-ü təyyarə, 300-ü isə avtobuslar üçün nəzərdə tutulub. Həcc ziyarətinin qiymətlərinə gəlincə isə, avtobusla ziyarət üçün 2000, təyyarə ilə qiymət isə otellərdə adambaşı yerləşmədən asılı olaraq 3500-5000 manat ödənməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR