Bank Of Baku

Kvemo-Kartli bölgə qubernatoru iftar məclisləri təşkil edib

Kvemo-Kartli bölgə qubernatoru iftar məclisləri təşkil edib
# 07 sentyabr 2009 07:31 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Gürcsatanda azərbaycanlıların kompakt yaşadıqları Marneuli rayonunun İmam Əli və Bolnisi rayonunun Faxralı kənd məclislərində iftar süfrəsi açılıb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, iftar bölgə qubernatoru David Kirkitadzenin təşəbbüsü ilə verilib. İftara kəndlərdən, şəhər idarə və təşkilatlarda çalışan azərbaycanlılar, dindarlar dəvət edilib. D. Kirkitadze açıqlamasında bildirib ki, iftar vermək təşəbbüsü onun İslam dininə hörmətindən irəli gəlib: "Görürəm ki, son zamanlar bölgədə yaşayan azərbaycanlı gənclər İslam dininə məhəbbətlə yanaşırlar. Mən də bölgə rəhbəri kimi onlara lazımi kömək edirəm. Bu mənim üçün xoşdur".

İftar məclislərində Kvemo-Kartli bölgə qubernatorunun müavini Hüseyn Yusifov, Reinteqrasiya məsələləri üzrə dövlət müşaviri Savalan Mirzəyev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyinin rəsmisi Arif Əliyev, Marneuli və Bolnisi rayon icra hakimiyyətlərinin rəhbərləri də iştirak ediblər.

Bölgə qubernatorunun təşəbbüsü ilə Sadaxlı, Dəmyə Görarxı, Arxılı, Kəpənəkçi, Təhlə, Qaracalar, Nəzərli, Kosalı və digər kəndlərdə də iftar süfrələri açıqlacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR