Bank Of Baku

Moskvada Ramazan çadırı qurulacaq

Moskvada Ramazan çadırı qurulacaq
# 07 sentyabr 2009 10:09 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Sentyabrın 11-dən 19-na kimi Rusiyanın paytaxtı Moskvada, Memorial məscidinin yanında axşam saatlarında Ramazan çadırı fəaliyyət göstərəcək. APA-nın “İslamRF” saytına istinadən verdiyi məlumata görə, bu ənənə artıq 4 ildir davam edir. Çadıra gələnlər çoxəsrlik islam mədəniyyəti haqqında filmlər izləmək, çıxışlar dinləmək, müxtəlif müsabiqələrə qatılmaq, iftar süfrəsinin nemətlərindən dadmaq imkanı qazanacaqlar. Ramazan çadırında keçiriləcək “Həmrəylik Günü”ndə Rusiyada fəaliyyət göstərən bütün dini icmaların nümayəndələri iştirak edəcək. Çadırda “Silahlı Qüvvələr Günü, “Gənclər Günü”, “Bərabər İmkanlar Günü” də qeyd olunacaq.
Ramazan çadırında həmçinin Azərbaycan, Türkiyə, Qazaxıstan, Tacikistan, Özbəkistan mədəniyyət günləri də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR