Bank Of Baku

“İslam mədəniyyəti paytaxtının sökülən məscidləri” mövzusunda tədbir keçirilib

“İslam mədəniyyəti paytaxtının sökülən məscidləri” mövzusunda tədbir keçirilib
# 07 sentyabr 2009 11:22 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzinin (DEVAMM) rəhbəri İlqar İbrahimoğlu “İslam mədəniyyəti paytaxtının sökülən məscidləri” mövzusunda mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən İ. İbrahimoğlu son dövrlər ibadət ocaqlarına qarşı münasibətin narahatlıq yaratdığını deyib. Onun sözlərinə görə, İslam mədəniyyətinin paytaxtı elan olunan bir şəhərdə dalbadal üçüncü məscidin sökülməsinə hazırlığın başlanması özünü tolerant elan edən ölkəyə yaraşmır: “Bu günlərdə məhkəmə “Fatimeyi Zəhra” məscidinin sökülməsi haqda qərar çıxarıb. Belə hadisələr cəmiyyətdə ciddi depressiya yaradacaq. Bundan başqa, ölkədə məscidlərin sökülməsi Azərbaycanın müsəlman ölkələri arasındakı nüfuzuna təsir edəcək”.

Tədbirdə sökülən məscidlərin problemləri ilə bağlı İşçi Qrupunun yaradıldığı elan olunub.

Qeyd olunub ki, İşçi Qrupun əsas məqsədi sökülən məscidlərin problemlərinin həlli ilə məşğul olmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR