Bank Of Baku

Özbəkistan prezidenti Allahşükür Paşazadəyə qızıldan hazırlanan maket hədiyyə edib

Özbəkistan prezidenti Allahşükür Paşazadəyə qızıldan hazırlanan maket hədiyyə edib
# 15 sentyabr 2009 11:34 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Özbəkistan prezidenti İslam Kərimov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadəyə Səmərqəndin məşhur Registan meydanının qızıldan hazırlanan maketini hədiyyə edib.
APA-nın məlumatına görə, QMİ sədrinin bu gün keçirdiyi mətbuat konfransında iştirak edən Özbəkistanın Azərbaycandakı səfiri İsmətulla İrqaşov İslam Kərimovun hədiyyəsini təqdim edib. İ. İrqaşov Özbəkistan prezidentinin A. Paşazadənin 60 illik yubileyi ilə bağlı təbrik məktubunu da oxuyub. Səfir İslam dünyasında böyük nüfuz sahibi olan QMİ sədrinin Özbəkistanda ali təhsil aldığını xatırladaq, Şeyxin ölkələrində hörmətlə qarşılandığın diqqətə çatdırıb.
Bundan sonra səfir Özbəkistan prezidenti İslam Kərimovun adından A. Paşazadəyə qiymətli hədiyyə təqdim edib.
A. Paşazadə tədbirdə çıxış edərək Özbəkistanın onun üçün doğma olduğunu bildirib. A. Paşazadə bildirib ki, Buxarada təhsil alarkən çoxlu dostlar qazanıb: “Bu ölkə mənim yetişməyimdə mühüm əhəmiyyətə malikdir. Mən orada gördüyüm yaxşılıqları itirə bilmərəm. Bu ölkədə sözün əsil mənasında tolerantlıq görmüşəm. Özbəkistanın həm prezidenti, həm də sadə xalq mənim hörmətimi saxlayır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR