Bank Of Baku

Şeyxülislam: “Aparılan müxtəlif təbliğatlar öz bəhrəsini verdi, bu il nəzərdə tutulan 2 min nəfəri də Həccə apara bilməyəcəyik”

Şeyxülislam: “Aparılan müxtəlif təbliğatlar öz bəhrəsini verdi, bu il nəzərdə tutulan 2 min nəfəri də Həccə apara bilməyəcəyik”
# 15 sentyabr 2009 11:50 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib.

QMİ sədri deyib ki, Azərbaycandan Həcc ziyarətində iştirak etmək üçün 8500 insanın iştirak mümkündür. Onun sözlərinə görə, lazım gələrsə, bu rəqəmi öz nüfuzundan istifadə edib 11-12 min nəfərə qədər artıra da bilər: “Kim istəyir Həccə gedə bilər. Konkret kvota yoxdur”.

A. Paşazadə deyib ki, Həcc ziyarətinin, ümumiyyətlə, baş tutmaması mümkün deyil: “Belə bir hadisə bir dəfə Məhəmməd Peyğəmbərin (s) zamanında baş verib. Ona Kəbə evinə yaxınlaşmağa imkan verməyiblər. Lakin ondan sonra indiyə kimi tarixdə belə bir hadisə baş verməyib. Əgər qonşu ölkələr Həccə gedirsə, biz niyə getməyək? Heç kəs bu məsuliyyəti boynuna götürə bilməz. Bizim Həcc missiyasını təşkil etməyimiz isə çox ölkələrdən yaxşıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR