Bank Of Baku

Gürcüstanın Bolnisi rayonunda bir qrup keşiş məscidin bərpasına etiraz edir

Gürcüstanın Bolnisi rayonunda bir qrup keşiş məscidin bərpasına etiraz edir
# 15 sentyabr 2009 14:21 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, kəndə gələn 20 nəfərə qədər keşiş əsası 1905-ci ildən qoyulmuş məscidin bərpasını dayandırmağı tələb ediblər. Hadisə barədə Bolnisi Rayon İcra Hakimiyyətinin rəhbərliyinə və Kvemo-Kartli qubernatorluğuna məlumat verilib.

Kvemo-Kartli qubernatorunun müavini Hüseyn Yusifov və Bolnisi Rayon İcra Hakimiyyəti başçısının müavini Ramin Əsədov Faxralı kəndində olublar. Keşişlər burda əhaliyə və rəsmilərə "burda məscid tikməyə ixtiyarınız yoxdur" deyiblər. Məscidin ətrafına toplaşan kənd camaatı isə onlara etiraz edib.

Bölgə qubernatorunun müavini Hüseyn Yusifov APA-ya açıqlamasında bildirib ki, hadisə barədə Kvemo-Kartlinin qubernatoru David Kirkitadze Gürcüstan patriarxı II İlyaya məlumat verib: “Patriarx məscidin bərpasının davam etdirilməsinə mane olanlar barədə ölçü götürəcəyini bildirib."

H. Yusifov onu da qeyd edib ki, etirazçı keşişlərin başqa marağı var: “Çünki keşişlərin mövqeyi ilə dövlətin mövqeyi üst-üstə düşmür. Məscidin bərpasına razılıq verilməsi barədə sənəd var. Bütün maneələrə baxmayaraq, biz tarixi məscidin bərpasının yarımçıq qalmamasına çalışacağıq".
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR