Bank Of Baku

“Qüds günü” münasibətilə dəyirmi masa keçirilib

“Qüds günü” münasibətilə dəyirmi masa keçirilib
# 16 sentyabr 2009 13:37 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Azərbaycan İslam Partiyasının təşəbbüsü ilə “Qüds günü” münasibətilə dəyirmi masa keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dəyirmi masada bır sıra ictimai birliklərin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları müsəlman aləminin ilk müqəddəs qibləgahı, bəşəriyyətə peyğəmbərlər bəxş etmiş Qüds, onun tarixi haqqında söhbət açıb, bu şəhərin İsrail tərəfindən işğala, yer üzündən silinmək təhlükəsinə məruz qalması barədə danışıblar. Qeyd edilib ki, Qüds günü beynəlxalq aləmdə istismara , qəsbkarlığa, hər cür ədalətsizliyə və zülmə qarşı etiraz simvolu kimi qəbul olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR