Bank Of Baku

Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin nümayəndəsi: “Mənə bu binanı təhvil götürüb möhürləmək tapşırılıb” - FOTOSESSİYA

Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin nümayəndəsi: “Mənə bu binanı təhvil götürüb möhürləmək tapşırılıb” - <font color=red>FOTOSESSİYA</font>
# 16 sentyabr 2009 16:14 (UTC +04:00)
Gəncə. Cəmşid Bəxtiyar - APA. Gəncənin Şahsevən məhəlləsində yerləşən və bu gün fəaliyyəti dayandırılan “Cümə” məscidi SSRİ dönəmində anbar, daha sonra isə “Xalqlar dostluğu” muzeyi kimi fəaliyyət göstərib. APA-nın qərb bürosunun əməkdaşı bu gün bağlanan məsciddə olaraq vəziyyətlə ətraflı tanış olub. Qeyd edək ki, son 9 ildə məscid kimi fəaliyyət göstərən qədim Alban kilsəsi Gəncə şəhəri, Cavadxan küçəsi, 9-cu döngə, bina 3 ünvanda yerləşir. Məscidin imamı İlham İbrahimov APA-nın əməkdaşı ilə söhbətində ibadət ocağının bağlanmasının qeydiyyatla əlaqədar olduğunu söyləyib: “Bizə bu ilin sonuna kimi yenidən qeydiyyatdan keçmək üçün vaxt vermişdilər. Biz də sənədlərimizi hazırladıq ki, qeydiyyat üçün təqdim edək. Amma Gəncə şəhər Dini Qurumlarla İş İdarəsinin rəhbəri Firdovsi Kərimov məni qəbul etmədi”.

Məscidin əşyaları çölə daşındıqdan sonra Mədəniyyət və Turizm İdarəsinin əraziyə göndərilən nümayəndəsi Nazim Quliyev saat 17.20-də qapıları möhürləyib. N. Quliyev APA-ya açıqlamasında bu binanın Mədəniyyət və Turizm Nazirliyinin balansında olduğunu deyib: “Vəhhabilər 9 il əvvəl burada toplaşmağa başlayıb, buranı məscidə çeviriblər. Amma bina onlara müvəqqəti istifadəyə verilsə də, bizim nazirliyin balansındadır və dövlət tərəfindən qədim mədəniyyət abidəsi kimi qorunur. Mənə bu binanı təhvil götürüb möhürləmək tapşırılıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR