Bank Of Baku

Sabah Ramazan bayramıdır

Sabah Ramazan bayramıdır
# 19 sentyabr 2009 12:30 (UTC +04:00)
Məlum olduğu kimi, Şəvval hilalının (Ay) görünməsindən asılı olaraq, Ramazan bayramı miladi təqvimi ilə sentyabrın 20-ə və ya 21-nə düşür. Azərbaycan hökumətinin qərarına əsasən, hər iki gün bayramdır. Bu gün axşam ay görünərsə, sabah bayram namazı qılınacaq. Ayın görünməsinə şübhə edənlər isə bir gün sonra, yəni sentyabrın 21-də bayram namazını qılacaqlar. Bayram namazının vaxtı hər iki gün səhər saat 10.00-dadır. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bayram namazını sabah “Təzəpir” məscidində qılacaq. Artıq Ramazan bayramı ilə bağlı Azərbaycan prezidenti İlham Əliyev və QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik edib.

Qeyd edək ki, İslam aləmində Ramazan bayramında valideynlərə, qohum-əqrəbaya baş çəkilməsi, küsülülərin barışması, yetim, kimsəsiz və ehtiyacı olanlara diqqət göstərilməsi, dünyasını dəyişmiş yaxınların qəbirlərinin ziyarəti bəyənilən əməllərdən hesab olunur. Bundan başqa Ramazan bayramında hər ailənin başçısı ailə üzvlərinin sayı qədər fitrət payı çıxmalıdır. Fitrət bayram namazına qədər çıxılmalıdır, onun miqdarı üç kilo xurmanın və ya buğdanın bazar qiyməti ilə ekvivalent təşkil edir. Bu isə hər ailə üzvünə görə ən azı 4 manat fitrət payı çıxılması deməkdir. Fitrət payının imkansız insanlara, əlillərə, kimsəsizlərə verilməsi məqbul sayılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR