Bank Of Baku

Şeyxülislam Allahşükür Paşazadə Moskvada keçiriləcək beynəlxalq konfransda iştirak edəcək

Şeyxülislam Allahşükür Paşazadə Moskvada keçiriləcək beynəlxalq konfransda iştirak edəcək
# 23 sentyabr 2009 07:17 (UTC +04:00)
Bakı-APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiya paytaxtına səfər edəcək. QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd sentyabrın 24-də Moskvada “Rusiya və İslam dünyası: stabillik naminə əməkdaşlıq” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etməkdir. Rusiya Müftilər Şurasının təşkilatçılığı ilə keçiriləcək beynəlxalq konfransa Rusiya rəhbərliyinin nümayəndələri, ölkənin müsəlman subyektlərinin və beynəlxalq İslam təşkilatlarının rəhbərləri, görkəmli din və ictimaiyyət xadimləri dəvətlidirlər.
A. Paşazadə Rusiya ilə müsəlman dünyası arasında beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirə olunacağı beynəlxalq tədbirdə məruzə ilə çıxış edəcək. Şeyxülislam həmçinin Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdini 50 yaşının tamam olması münasibəti ilə təbrik edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR