Bank Of Baku

“Fatimeyi-Zəhra” məscidinin sökülməsi ilə bağlı qərardan apellyasiya şikayəti verilib

“Fatimeyi-Zəhra” məscidinin sökülməsi ilə bağlı qərardan apellyasiya şikayəti verilib
# 30 sentyabr 2009 14:37 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Fatimeyi-Zəhra” məscidinin sökülməsi ilə bağlı 2 saylı Yerli İqtisad Məhkəməsinin qərarından apellyasiya şikayəti verilib. Bu barədə APA-ya məhkəmədə “Fatimeyi Zəhra” dini icmasının hüquqlarını müdafiə edən “Viza” Hüquq Şirkətinin rəhbəri Aslan İsmayılov məlumat verib. Onun sözlərinə görə, məhkəmənin qəbul etdiyi qərar qanuna ziddir və ədalətli deyil. A. İsmayılov bildirib ki, məscidin tikilməsi üçün Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) sərəncam verib, lakin bir neçə il sonra bu qərarı ləğv edib: “Halbuki, şəhər rəhbərliyinin bu sərəncamı ləğv etmək səlahiyyəti yoxdur, bunun üçün məhkəməyə müraciət etmək lazım idi. Digər tərəfdən, məscidin tikintisi tam qanun əsasında aparılıb. “Fatmeyi-Zəhra” məscidinə aid olan halları digər sökülən və bağlanan məscidlərə aid etmək düzgün deyil. Həqiqətən də, çoxsaylı tikintinin sərəncamı və tikintisi ilə bağlı razılıq olmayıb. “Fatimeyi-Zəhra” məscidinin tikilməsi üçün isə bütün sənədlər var”.

A. İsmayılov məscidin sökülməsi qərarının ədalətsiz olmasını sübut edən kifayət qədər dəlilin olduğunu qeyd edib, bunların Apellyasiya Məhkəməsində bir daha qaldırılacağını vurğulayıb: “Bu tikili sökülə bilməz. Suraxanı camaatı özü manat-manat yığıb bu məscidi tikib, hətta Suraxanı rayon İcra Hakimiyyəti özü də bunun üçün pul ayırıb. Əgər məscid qanunsuz tikilirdisə, nəyə görə Suraxanı rayon İcra Hakimiyyəti bunun üçün pul ayırırdı?”

A. İsmayılov onu da qeyd edib ki, məscid hər hansı dini qurumun, qrupun, xarici ölkənin təsiri altında olmayıb: “Onlar yalnız yerli əhalinin təsiri daxilində idi. Mən dindar deyiləm, heç dinə meylli də deyiləm. Amma burada ciddi qanun pozuntuları var və bu qərarın qanuna zidd olduğunu sübut edə biləcəyik”.

Qeyd edək ki, 2 saylı Bakı Yerli İqtisad Məhkəməsi Suraxanı rayon İcra Hakimiyyətinin Yeni Günəşli qəsəbəsi “v” massivi, 33 ünvanında yerləşən “Fatmeyi Zəhra” məscidinin sökülməsi ilə bağlı iddiasını təmin edib. Məhkəmə qərarında məscidin sökülməsi və həmin ərazinin Suraxanı rayon İcra Hakimiyyətinin balansına verilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR