Bank Of Baku

Həcc ziyarətinə getmək istəyən 20-dək şəxs peyvənd olunub

Həcc ziyarətinə getmək istəyən 20-dək şəxs peyvənd olunub
# 30 sentyabr 2009 14:39 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Həcc ziyarətinə getmək istəyən 20-dək şəxs mövsümi qripə qarşı peyvənd olunub. Bu barədə APA-ya Həcc ziyarətinə gedəcək zəvvarların peyvənd olunmasını həyata keçirən 20 saylı poliklinikanın peyvənd məntəqəsinin məsul həkimi Arzu Seyidli məlumat verib. Onun sözlərinə görə, artıq Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi poliklinikada olaraq Həccə gedəcək zəvvarların neçə peyvənd olunacağı ilə bağlı məsləhətləşmələr aparıb: “Həccə gedəcək zəvvarlar mövsümi qripə qarşı peyvəndləri özləri əldə etməli, biz isə sadəcə onları vurmalıyıq”.

Qeyd edək ki, bu il Azərbaycana Həcc ziyarəti üçün 2 min kvota ayrılıb. Zəvvarların 300 nəfəri avtobuslarla, 1700 nəfəri təyyarə ilə müqəddəs torpaqlara yollanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR