Bank Of Baku

Allahşükür Paşazadə Tacikistana gedəcək

Allahşükür Paşazadə Tacikistana gedəcək
# 02 oktyabr 2009 10:40 (UTC +04:00)
Bakı – APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə oktyabrın 4-də Tacikistana gedəcək. QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd 5-6 oktyabr tarixlərində Düşənbədə keçiriləcək “Əbu-Hənifənin irsi və onun sivilizasiyalararası dialoqda rolu” mövzusunda beynəlxalq simpoziuma qatılmaqdır. Səfər 2009-cu ili “İmam Əbu-Hənifə ili” elan etmiş Tacikistan hökumətinin rəsmi dəvəti əsasında həyata keçirilir. Allahşükür Paşazadə tədbirdə məruzə ilə çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR