Bank Of Baku

Düşənbədə “Əbu Hənifə irsi və sivilizasiyalararası dialoqda onun rolu” mövzusunda beynəlxalq simpozium keçirilib

Düşənbədə “Əbu Hənifə irsi və sivilizasiyalararası dialoqda onun rolu” mövzusunda beynəlxalq simpozium keçirilib
# 06 oktyabr 2009 23:30 (UTC +04:00)
Düşənbə. Ləman Ağayeva-APA. Tacikistanın paytaxtı Düşənbə şəhərində İmam Əbu Hənifənin 1310 illiyi ilə əlaqədar “Əbu Hənifə irsi və sivilizasiyalararası dialoqda onun rolu” mövzusunda alimlərin, ekspertlərin, din xadimləri və siyasətçilərin iştirakı ilə beynəlxalq simpozium keçirilib. APA-nın Qazaxıstan və Mərkəzi Asiya müxbirinin xəbərinə görə, simpoziumda dünyanın 50 ölkəsindən 500-dən çox nümayəndə iştirak edib. Tədbirə Azərbaycandan Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə nümayəndə heyəti də qatılıb. Şeyxülislam Allahşükür Paşazadə tədbirdə çıxış edərək Azərbaycan prezidenti İlham Əliyevin salamlarını Tacikistan prezidenti Emoməli Rəhmona və simpozium iştirakçılarına çatdırıb. A. Paşazadə İmam Əbu Hənifənin İslamdakı rolundan danışıb.
Tədbirdən sonra Tacikistan prezidenti A. Paşazadəni və Azərbaycanın Tacikistandakı səfiri Məhərrəm Əliyevi qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR