Bank Of Baku

Qafqaz Müsəlmanları İdarəsi vətəndaşları Həcc ziyarətinə getmək üçün özəl şirkətlərə müraciət etməməyə çağırıb

Qafqaz Müsəlmanları İdarəsi vətəndaşları Həcc ziyarətinə getmək üçün özəl şirkətlərə müraciət etməməyə çağırıb
# 07 oktyabr 2009 10:49 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Sabir Həsənli bu gün keçirdiyi mətbuat konfransında deyib. Özəl xətlə Həcc ziyarətinin olmayacağını qeyd edən Hacı Sabir Həsənli onlara viza verilməyəcəyini bildirib: “Səudiyyə Ərəbistanı ilə razılıq əldə olunub ki, ziyarət yalnız Qafqaz Müsəlmanları İdarəsinin xətti ilə olacaq. Azərbaycanda bir sıra özəl şirkətlər hər il Həcc mərasiminə hazırlaşır və aparırdılar. Amma qətiyyətlə bildiririk ki, bu il özəl şirkətlər Həcci ziyarəti həyata keçirə bilməyəcək. Yalnız Qafqaz Müsəlmanları İdarəsində qeydiyyata alınmış zəvvarlar Həccə göndəriləcək. Bununla bağlı həmin şirkətlərin müəyyən addımları, Səudiyyə Ərəbistanı səfirliyinin qarşısına gedib müəyyən tələblə çıxış etməsi xoşagəlməz haldır”.

Hacı Sabir Həsənli onu da qeyd edib ki, builki Həcc ziyarəti ilə bağlı Azərbaycan mətbuatında gedən bəzi yazılarda QMİ-nin bu sahədəki işinə kölgə salmaq məqsədi güdülür: “Amma kvotanın azaldılması və müəyyən yaş həddinin qoyulması İdarənin deyil, Səudiyyə Ərəbistanının istəyi ilə həyata keçirilib”.

O, Həcc ziyarəti ilə bağlı Azərbaycan üçün 2 min nəfərlik kvotanın ayrıldığını, bu vaxta qədər isə 600 nəfərin təyyarə, 800 nəfərin isə avtobusla ziyarətə getməklə bağlı idarəyə müraciət etdiyini vurğulayıb.

Hacı Sabir Həsənli Azərbaycanlı zəvvarların Həcc ziyarətinə noyabr ayının ilk ongünlüyündə yola düşəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR