Bank Of Baku

Bakı şəhər İcra Hakimiyyəti imkansız şəxslərin dəfni üçün yer ayrılması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin müraciətinə cavab vermir

Bakı şəhər İcra Hakimiyyəti imkansız şəxslərin dəfni üçün yer ayrılması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin müraciətinə cavab vermir
# 07 oktyabr 2009 11:06 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Sabir Həsənli bu gün keçirdiyi mətbuat konfransında deyib. Hazırda Naxçıvanda yas mərasimlərində yalnız çay və xurma verildiyini qeyd edən S. Həsənli bildirib ki, əslində İslam dini və Azərbaycan əhalisinin maddi vəziyyəti də bunu tələb edir: “Bu vaxta qədər din xadimləri olaraq dəfələrlə bildirmişik ki, yas mərasimlərinin dəbdəbəli keçirilməsi israfçılıq deməkdir. İsrafçılıq edənlərin də bəhanəsi qonşudan daha yaxşı mərasim təşkil etməkdir. Burada ağıla gəlməyən meyvələr süfrəyə qoyulur. Hətta son vaxtlar VİP “palatka”lardan söhbət gedir. Bəyəm, İslam beləmi tələb edir? Digər İslam dövlətlərində belə şey yoxdur”.

S. Həsənli bildirib ki, yas məclisləri, məzar daşları ilə bağlı QMİ-nin dəfələrlə fətvaları olub: “Amma biz inzibati qurum deyilik, İslam dəvət dinidir. Biz insanları israfçılığa yol verməməyə çağırırıq. Əslində, qəbiristanlıqlarda böyük abidələrin qoyulması torpağı zəbt etməkdir. İnsanın torpaq üzərində yalnız ölənə qədər haqqı var, öləndən sonra haqqı yoxdur ki, torpağı zəbt eləsin. Məzarlara daşlarla abidə qoymaq, torpağı zəbt etmək İslama uyğun deyil”.

Hacı Sabir məzar yerlərinin satılmasının da doğru olmadığını deyib: “Lakin bu bizim səlahiyyətimizdə olan məsələ deyil. QMİ hətta imkansız şəxslərin dəfn olunması üçün yer ayrılmasından ötrü Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib, amma bu vaxta qədər cavab yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR