Bank Of Baku

Şeyxülislam Allahşükür Paşazadənin yubileyində iştirak etmək üçün xarici ölkələrin dövlət rəsmilərinə göndərilən dəvətlərin bir hissəsinə cavab verilib

Şeyxülislam Allahşükür Paşazadənin yubileyində iştirak etmək üçün xarici ölkələrin dövlət rəsmilərinə göndərilən dəvətlərin bir hissəsinə cavab verilib
# 07 oktyabr 2009 11:12 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin 60 ilik yubileyi, Şeyxülislamlıq fəaliyyətinin 30 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə iştirak etmək üçün xarici ölkələrin dövlət rəsmilərinə göndərilən dəvətlərin bir hissəsinə cavab verilib. APA-nın məlumatına görə, bunu QMİ sədrinin müavini Hacı Sabir Həsənli bildirib. Onun sözlərinə görə, Rusiya prezidenti, baş naziri və xarici işlər naziri, Tacikistan prezidenti və bir sıra dini xadimləri yubiley tədbirinə qatılacaqlarını bildiriblər. Hacı Sabir həmçinin, Çeçenistan, İran, Türkiyə, Latviya, Kabardin Balkar, Dağıstan, Səudiyyə Ərəbistanını, İordaniya, Orta Asiya ölkələrinin dövlət rəhbərlərinin, həmçinin din xadimlərinin, Roma Papası və bir sıra ictimai xadimlərinin dəvətlilər sırasında olduqlarını deyib.
Qeyd edək ki, yubiley tədbirləri noyabrın 6-7-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR