Bank Of Baku

Allahşükür Paşazadənin Tacikistana səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirilib

Allahşükür Paşazadənin Tacikistana səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirilib
# 07 oktyabr 2009 11:30 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin Tacikistana səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, QMİ sədrinin müavini Hacı Sabir Həsənli bildirib ki, səfərin məqsədi “Əbu Hənifənin irsi və onun sivilizasiyalararası dialoqda rolu” mövzusunda keçirilən beynəlxalq simpoziumda iştirak etmək olub. Onun sözlərinə görə, Əbu–Hənifənin 1310 illiyinə həsr olunan simpoziumda 40-dan artıq dövlətdən 500-ə qədər nümayəndə iştirak edib. “Koxi Barbod” sarayında keçirilən simpoziumda Tacikistan prezidenti Emoməli Rəhmon, Allahşükür Paşazadə məruzə ilə çıxış ediblər. Hacı Sabir Həsənli bildirib ki, səfər zamanı A. Paşazadə Tacikistan prezidenti ilə birgə Mərkəzi Asiyada ən böyük məscid kompleksinin təməlqoyma mərasimində iştirak edib. Həmçinin E. Rəhmonla keçirilən görüşdə QMİ sədri Azərbaycanla Tacikistan arasında mənəvi əlaqələrin səviyyəsindən razı olduğunu bildirib. Bu görüşdə Hacı Sabir Həsənli və Azərbaycanın Tacikistandakı səfiri Məhərrəm Əliyev də iştirak edib. Səfər zamanı Allahşükür Paşazadə Azərbaycanın bu ölkədəki səfirliyində olub, Tacikistanda yaşayan Azərbaycanlılarla görüşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR