Bank Of Baku

Xəzəryanı yeparxiyanın bərpasının 10 illiyi ilə bağlı fotosərgi açılıb

Xəzəryanı yeparxiyanın bərpasının 10 illiyi ilə bağlı fotosərgi açılıb
# 09 oktyabr 2009 14:33 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bakı və Xəzəryanı Yeparxiyanın bərpasının 10 illiyi ilə bağlı “Bakı və Xəzəryanı Yeparxiya – 10 illik yol” adlı fotosərgi açılıb. APA-nın məlumatına görə, yepiskop Aleksandr Ata yeparxiyanın tarixi barədə danışaraq bildirib ki, 20-ci əsrin əvvəllərində yeparxiyanın yaradılmasına səbəb Azərbaycanda rusiyalı hərbçilərin, alimlərin, müəllimlərin, neft buruqlarında çalışan rusiyalı fəhlələrin sayının artması olub. O, XX əsrin birinci onilliyində Bakıda 17, Azərbaycanda isə 70-dən artıq pravoslav kilsəsinin fəaliyyət göstərdiyini xatırladıb. Azərbaycanda heç vaxt dinlərarası münaqişənin olmadığını, əksinə, pravoslav kilsələrin inşası zamanı müsəlmanlardan ianələr daxil olduğunu söyləyən yepiskop əlavə edib ki, Müqəddəs Jen-Mironosets kafedral kilsəsini məşhur mesenat Hacı Zeynalabdin Tağıyev tikdirib, sonra isə sahibkar Aydın Qurbanov bu kilsənin bərpasına maddi vəsait ayırıb.

Tədbirdə çıxış edən şeyxülislam Allahşükür Paşazadə də Azərbaycanda tolerantlığın yüksək səviyyədə olduğunu vurğulayaraq pravoslav kilsəsinin gümbəzinin təmir xərcini Qafqaz Müsəlmanları İdarəsinin ödədiyini açıqlayıb.

Dini Qurumlar İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov isə xatırladıb ki, yeparxiyanın bərpası prezident Heydər Əliyevin ideyası, Moskva və Bütün Rusiyanın patriarxı, mərhum İkinci Aleksinin təşəbbüsü və Allahşükür Paşazadənin dəstəyi ilə reallaşıb.

Dağ Yəhudiləri İcmasının rəhbəri Semyon İxiilov yəhudilərin Azərbaycanda dostluq və qardaşlıq şəraitində yaşadığını, burada dini zəmində heç vaxt münaqişə qeydə alınmadığını deyib.

Sonda Aleksandr Ata Allahşükür Paşazadəyə 60 illik yubileyi ilə bağlı Müqəddəs Apostol Varfolomey medalını təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR