Bank Of Baku

Vladimir Doroxin: “Azərbaycanda dindar insanlar üçün hər cür şərait yaradılıb”

Vladimir Doroxin: “Azərbaycanda dindar insanlar üçün hər cür şərait yaradılıb”
# 09 oktyabr 2009 15:04 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Mən dindar deyiləm, ona görə də Azərbaycandakı dini həyatı qiymətləndirə bilmərəm. Amma bir səfir kimi buradakı vəziyyət barədə məlumatlıyam - xüsusən də pravoslav kilsəsinin problemləri və qayğıları barədə. Çünki mənim təmsil etdiyim ölkənin əsas dini etiqadı pravoslavlıqdır”. Bu sözləri Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycanda pravoslavların vəziyyəti barədə APA-nın sualını cavablandırarkən deyib. O, əlindəki informasiyalara əsasən Azərbaycanda dindar insanlar üçün hər cür şərait yaradıldığını söyləyib: “Bir səfir kimi hansısa təzyiqlər və problemlərlə bağlı mənə müraciətlər olmayıb. Bu, onu göstərir ki, Azərbaycanda sülh, əməkdaşlıq şəraiti var və buna yalnız sevinmək olar. Bizdə din dövlətdən ayrıdır, amma çox maraqlıdır ki, burada kilsənin fəaliyyəti dövlətlərarası münasibətlərin lazımi istiqamətdə inkişafına yardım edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR