Bank Of Baku

Lənkəran rayonunda 72 məscid fəaliyyət göstərsə də, indiyədək cəmi 5 dini icma dövlət qeydiyyatından keçmək üçün sənəd təqdim edib

Lənkəran rayonunda 72 məscid fəaliyyət göstərsə də, indiyədək cəmi 5 dini icma dövlət qeydiyyatından keçmək üçün sənəd təqdim edib
# 11 oktyabr 2009 10:13 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Lənkəranda “Azərbaycanda dövlət və din münasibətlərinin hüquqi bazası” mövzusunda seminar-müşavirə keçirib. APA-nın cənub bürosunun məlumatına görə, rayondakı dini icmaların və hüquq-mühafizə orqanlarının nümayəndələrinin, habelə təhsil, mədəniyyət və tibb işçilərinin qatıldığı tədbirdə DQİDK-nin şöbə müdiri Ceyhun Məmmədov, Lənkəran rayon prokurorunun köməkçisi Rəşad Tanrıverdiyev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə, DQİDK-nin cənub bölgəsi üzrə nümayəndəsi Miryəhya Bədirov və başqaları çıxış edərək Azərbaycanda dini ayinlərin və mərasimlərin icrası üçün heç bir maneənin olmadığını, məscidlərdə, kilsə və məbədlərdə əsaslı təmir və bərpa işlərinin aparıldığını, respublikanın demək olar ki, bütün şəhər, qəsəbə və kəndlərində yeni məscidlərin tikilib möminlərin istifadəsinə verildiyini diqqətə çatdırıblar.

Çıxışlarda, həmçinin din amilindən istifadə edilməklə müxtəlif zərərli cərəyanların və təriqətlərin fəaliyyətinin milli-mənəvi dəyərlərimizə və İslam dininə xələl gətirdiyi xüsusi vurğulanıb. Bildirilib ki, “Dini etiqad azadlığı haqqında” qanuna edilən əlavə və dəyişikliklərə müvafiq olaraq respublikanın şəhər və rayonlarında dini ədəbiyyatların satışı yalnız ixtisaslaşdırılmış mağazalarda həyata keçiriləcək.

Müşavirədə Lənkəran rayonunda 72 məscidin fəaliyyət göstərdiyi, lakin bu müddətədək cəmi 5 dini icmanın dövlət qeydiyyatından keçmək üçün sənəd təqdim etdiyi də dilə gətirilib. Mövcud qanunun müddəalarına görə isə 2010-cu ilin yanvarın 1-dək qeydiyyatdan keçməyən dini icmaların fəaliyyətinə xitam veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR