Bank Of Baku

Allahşükür Paşazadə İran Prezident Administrasiyasının rəhbərini qəbul edib

Allahşükür Paşazadə İran Prezident Administrasiyasının rəhbərini qəbul edib
# 15 oktyabr 2009 11:45 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə İranın Prezident Administrasiyasının rəhbəri Rəhim Məşaini qəbul edib. APA-nın məlumatına görə, tədbirdə QMİ sədri İran və Azərbaycan xalqlarının dost və qardaş olduğunu deyib. Şeyx bildirib ki, iki ölkə düşmən qarşısında bir-birinə arxa olub: “İranın öz müstəqilliyini qoruması bizim üçün örnəkdir. İnanırıq ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında da İran öz dəstəyini əsirgəməyəcək. Həqiqət həmişə üstün olub. Bizim dost olmağımızı istəməyən qüvvələr var. Ancaq bizi birləşdirən dəyərlər çoxdur”.

A. Paşazadə qonağa İçərişəhərin təsvir olunduğu portreti təqdim edərək “Hər dövlətin ürəyi olur. Bizim də ürəyimiz İçərişəhərdir”, - deyib.

İranın Prezident Administrasiyasının rəhbəri Rəhim Məşai isə öz növbəsində Azərbaycanla İran xalqının müştərək əqidə və tarixi olduğunu bildirib. Onun sözlərinə görə, hər iki ölkənin qarşılıqlı əməkdaşlığı daha da gücləndirməsi üçün böyük imkanlar var: “İran Azərbaycan xalqının müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Dünyanın böyük dövlətləri kiçik xalqların mənafeyini fikirləşmir, yalnız özlərini düşünürlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR