Bank Of Baku

Dövlət Komitəsi: “Mehdiabad məscidi bağlanmayıb və hazırda ibadət üçün açıqdır”

Dövlət Komitəsi: “Mehdiabad məscidi bağlanmayıb və hazırda ibadət üçün açıqdır”
# 20 oktyabr 2009 12:59 (UTC +04:00)
Bu barədə APA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Mətbuat xidmətindən bildirilib ki, hazırda məscid fəaliyyətini davam etdirir: “ Məscidin fəaliyyətinin dayandırılması nəzərdə tutulmayıb”.

Qeyd edək ki, Türkiyə Diyanet Vakfi tərəfindən 1999-cu ildə inşa edilən məscidin oktyabrın 17-də bağlanması barədə məlumatlar yayılıb. Mehdiabad qəsəbəsinin dini icmasının rəhbəri İsmayıl Süleymanov mətbuata qəsəbə icra nümayəndəsindən onlara məscidin fəaliyyətinin dayandırılmasının tapşırıldığını deyib.

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə belə bir qərar olmadığını və hazırda məscidin ibadət üçün açıq olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR