Bank Of Baku

“Fatmeyi - Zəhra” məscidinin dini icması dövlət qeydiyyatından keçmək üçün Qafqaz Müsəlmanları İdarəsinə müraciət edib

“Fatmeyi - Zəhra” məscidinin dini icması dövlət qeydiyyatından keçmək üçün  Qafqaz Müsəlmanları İdarəsinə müraciət edib
# 21 oktyabr 2009 15:15 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Fatmeyi - Zəhra” məscidinin dini icması dövlət qeydiyyatından keçmək üçün Qafqaz Müsəlmanları İdarəsinə müraciət edib. İcmanın vəkili Rövşən Şirəliyev APA-ya bildirib ki, icma lazım olan sənədlərin siyahısını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən alıblar və buna uyğun olaraq bütün sənədlər hazırlanıb. QMİ icmanın qeydiyyata alınması barədə rəy hazırladıqdan və komitəyə təqdimat verdikdən sonra “Fatmeyi-Zəhra” dini icmasının təkrar qeydiyyatına baxılacaq.

R. Şirəliyev qeyd edib ki, 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinin qərarından apelyasiya şikayəti verilib, lakin hələlik bu şikayətə nə zaman baxılacağı açıqlanmayıb.

Qeyd edək ki, 2 saylı Bakı Yerli İqtisad Məhkəməsi Suraxanı rayon İcra Hakimiyyətinin Yeni Günəşli qəsəbəsi v massivi 33 ünvanında yerləşən “Fatmeyi Zəhra” məscidinin sökülməsi ilə bağlı iddiasını təmin edib. Məhkəmə qərarında məscidin sökülməsi və həmin ərazinin Suraxanı rayon İcra Hakimiyyətinin balansına verilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR