Bank Of Baku

Astarada “Azərbaycanda dövlət-din münasibətlərinin hüquqi bazası” mövzusunda seminar-treninq keçirilib

Astarada  “Azərbaycanda dövlət-din münasibətlərinin hüquqi bazası” mövzusunda seminar-treninq keçirilib
# 22 oktyabr 2009 12:38 (UTC +04:00)
Astara. Ağəddin Babayev – APA. Astarada “Azərbaycanda dövlət-din münasibətlərinin hüquqi bazası” mövzusunda seminar-treninq keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə Astara rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə düzənlənən tədbirdə rayonda fəaliyyət göstərən dini icmaların üzvləri, bələdiyyələrin sədrləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Seminar-treninqi giriş sözü ilə açan Astara RİH başçısının birinci müavini Məzahim Hüseynov “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş əlavə və dəyişikliklərin əhəmiyyətindən, bu məqsədlə rayonda görülən işlərdən, həyata keçirilən tədbirlərdən söz açıb.
DQİDK- nin şöbə müdiri Elçin Cabbarov, DQİDK-nin cənub bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə və başqaları müzakirə olunan mövzu ilə bağlı fikir və mülahizələrini bildiriblər. Bu və başqa çıxışlarda “Dini etiqad azadlığı haqqında” Qanuna edilən əlavə və dəyişiliklər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib, dövlət-din münasibətlərinin tənzimlənməsi və dini icmaların dövlət qeydiyyatından keçməsi ilə bağlı qarşıda duran vəzifələr bir daha yada salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR