Bank Of Baku

Hidayət Orucov Səudiyyə Ərəbistanı Krallığının səfiri Fəht Əli əl-Dosərini qəbul edib

Hidayət Orucov Səudiyyə Ərəbistanı Krallığının səfiri Fəht Əli əl-Dosərini qəbul edib
# 27 oktyabr 2009 11:19 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fəht Əli əl-Dosərini qəbul edib. Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Hidayət Orucov ölkələrimiz arasındakı əlaqələrin tarixinə toxunaraq hər iki dövlət başçılarının qarşılıqlı işgüzar və qardaşlıq münasibətlərinin Səudiyyə Ərəbistanı Krallığı və Azərbaycan üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Səudiyyə Ərəbistanını bütün müsəlmanların dini paytaxtı kimi dəyərləndirən Dövlət Komitəsinin sədri Azərbaycanda dövlət-din münasibətləri haqqında, həmçinin “Dini etiqad azadlığı haqqında” Qanuna edilmiş əlavələr və dəyişikliklər barədə səfirə ətraflı məlumat verib. Hidayət Orucov qeyd edib ki, Azərbaycanda müxtəlif din və konfessiya mənsubu olan vətəndaşların dini ayinləri sərbəst icra etmələri üçün bütün imkanlar yaradılıb: “Azərbaycanda formalaşmış tolerantlıq ənənələri gün-gündən möhkəmləndirilir. Dini abidələr təmir və bərpa olunur. Ölkəmizdə heç bir dini ayrı-seçkiliyə yol verilmir. Azərbaycanın bütün vətəndaşları öz dini etiqadında azaddır və onun hüquqları dövlət tərəfindən qorunur”.

Səfir Fəht Əli əl-Dosəri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucova onu qəbul etdiyi üçün təşəkkürünü bildirib: “Azərbaycan Səudiyyə Ərəbistanı üçün dost və qardaş ölkədir. Azərbaycan əhalisinin 96 faizi islam mənsublarıdır. Bir səfir kimi bu ölkədə yaşamaq və işləmək çox xoşdur. Azərbaycanın son illər qazandığı uğurlar bizi sevindirir”. Sonra hər iki tərəfi maraqlandıran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR