Bank Of Baku

Şeyxülislam Hacı Allahşükür Paşazadə İran prezidentinin müşaviri Mehdi Mustəfəvini qəbul edib - VIDEO

Şeyxülislam Hacı Allahşükür Paşazadə İran prezidentinin müşaviri Mehdi Mustəfəvini qəbul edib - <font color=red>VIDEO</font>
# 27 oktyabr 2009 14:14 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə İran prezidentinin müşaviri, Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Mehdi Mustəfəvini qəbul edib. APA-nın məlumatına görə, görüşdə A. Paşazadə İranla Azərbaycan arasında sıx münasibətlərin mövcud olduğunu deyib. Şeyx rəhbərlik etdiyi idarənin məzhəbləri deyil, müsəlmançılığı təbliğ etdiyini diqqətə çatdırıb. QMİ sədri İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daim Azərbaycanın mövqeyini müdafiə etməsini də yüksək qiymətləndirib.

Mehdi Mustəfəvi İranda Allahşükür Paşazadəyə qarşı böyük hörmət və məhəbbətin olduğunu deyib. Onun sözlərinə görə, bu gün İranla Azərbaycan arasında bir çox sahələrdə əməkdaşlıq əlaqələri mövcuddur. İran prezidentinin müşaviri, həmçinin Azərbaycanın dövlət başçısının dinə qarşı münasibətinin də təqdirəlayiq olduğunu da diqqətə çatdırıb. Görüşün sonunda A.Paşazadə qonağa hədiyyə təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR