Bank Of Baku

Azərbaycana Həcc ziyarətinə gedəcək zəvvarların ilk qrupu noyabrın 10-da yola salınacaq

Azərbaycana Həcc ziyarətinə gedəcək zəvvarların ilk qrupu noyabrın 10-da yola salınacaq
# 29 oktyabr 2009 09:09 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Bu il Azərbaycandan Həcc ziyarətində iştirak etmək istəyən zəvvarlar üçün sənəd qəbulu iki gün sonra başa çatır. Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib. Mətbuat xidmətinin rəhbəri deyib ki, sənəd qəbulu başa çatandan sonra, noyabrın 10-11-də zəvvarların ilk partiyası avtobusla Həccə yola salınacaq. Noyabrın ikinci ongünlüyündə isə təyyarə ilə Həccə gedəcək zəvvarlar Məkkəyə göndəriləcək: “Bu il Qurban bayramı isə noyabrın 27-də qeyd olunacaq” .

Qeyd edək ki, avtobusla Həcc ziyarətinin qiymətində də dəyişiklik edilib. Belə ki, avtobusla Həccə getmək istəyənlər üçün ayrılan əlavə yerlərin qiymətində də artım olub. Ayrılan əlavə yerlər üçün Həcc ziyarətinin qiyməti 2050 manatdan 2750 manata qədər qaldırılıb. R. Dadaşova deyib ki, əlavə ayrılan yerlər üçün qiymətin qaldırılması QMİ-dən asılı deyil. Bu, səfər xərclərinin bahalanması və zəvvarların daha yaxşı şəraitlə təmin olunmaları ilə bağlıdır.

Təyyarə ilə Həccə getmək istəyənlər üçün isə qiymətlər əvvəl olduğu kimi 3500-5000 manat arası müəyyənləşib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR