Bank Of Baku

Belarus patriarxı Filaret Bakıya gəlir

Belarus patriarxı Filaret Bakıya gəlir
# 29 oktyabr 2009 14:43 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Minsk və Slutsk mitropoliti, bütün Belarusun patriarxı Filaret noyabrın 6-da Bakıya gələcək. Belarusun Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 60, bu vəzifədə çalışmasının isə 30 illiyi ilə bağlı tədbirlərdə iştirak etməkdir.

Xatırladaq ki, bütün Gürcüstanın katalikos-patriarxı İkinci İlya da tədbirdə iştirakını təsdiqləyib. Moskva və bütün Rusiyanın patriarxı Kirill və digər dini liderlərin də yubiley tədbirlərinə qatılacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR