Bank Of Baku

Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya Azərbaycana gəlib

Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya Azərbaycana gəlib
# 04 noyabr 2009 09:06 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya Bakıya gəlib. APA-nın məlumatına görə, onu Heydər Əliyev Beynəlxalq Hava Limanında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Gürcüstanın Azərbaycandakı səfiri Nikoloz Natbiladze və digər şəxslər qarşılayıblar.

Gürcüstan patriarxının Azərbaycana səfərinin əsas məqsədi A. Paşazadənin anadan olmasının 60, şeyxülislamlığının isə 30 illiyi münasibətilə keçiriləcək tədbirlərdə iştirak etməkdir.

II İliya Bakıda Moskva və Bütün Rusiyanın Patriarxı Kirillə də görüş keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR