Bank Of Baku

Allahşükür Paşazadənin yubileyində iştirak etmək üçün Bakıya gələn qonaqlar Heydər Əliyevin məzarını ziyarət ediblər

Allahşükür Paşazadənin yubileyində iştirak etmək üçün Bakıya gələn qonaqlar Heydər Əliyevin məzarını ziyarət ediblər
# 05 noyabr 2009 08:53 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin 60 illik yubileyi və Şeyxülislam kimi fəaliyyətinin 30 illiyi münasibətilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün Bakıya gəlmiş qonaqlar bu gün Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər. APA-nın xəbərinə görə, Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, Belarus patriarxı Filaret və digər şəxslər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarları önünə əklillər qoyublar.

A. Paşazadə jurnalistlərə bildirib ki, yubiley tədbirləri çərçivəsində sabah “Gülüstan” sarayında dinlərarası dialoqa həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. Beynəlxalq konfrans işini noyabrın 7-də Təzə Pir məscidində davam etdirəcək.

Şeyxülislam tədbirlərdə bir çox ölkədən din xadimlərinin iştirak edəcəyini deyib.

Belarus patriarxı Filaret isə jurnalistlərə Azərbaycana gəlməkdən məmnunluq duyduğunu deyib, A. Paşazadənin yubileyi ilə bağlı keçirilən tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR