Bank Of Baku

Qafqaz Müsəlmanları İdarəsinin sədri ilə Gürcüstanın katalikos-patriarxı arasında görüş keçirilib - VIDEO

Qafqaz Müsəlmanları İdarəsinin sədri ilə Gürcüstanın katalikos-patriarxı arasında görüş keçirilib - <font color=red>VIDEO</font>
# 05 noyabr 2009 10:57 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Bütün Gürcüstanın katalikos-patriarxı II İlyanı qəbul edib. APA-nın xəbərinə görə, A. Paşazadə Gürcüstanla Azərbaycanın bir-birinə dost və qardaş ölkə olduğunu deyib. O bildirib ki, iki xalqın arasında nifaq salmaq istəyən qüvvələr var və belə qüvvələr öz niyyətlərinə nail ola bilməyəcəklər: “Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü mühüm məsələdir. Bizim Qafqazda apardığımız siyasət yüksək qiymətləndirilməlidir. Məhz bu siyasətin nəticəsində Qafqazda dini qarşıdurma yoxdur. Siyasətçilər də bu işi təkrar etməlidir. Qafqazda aqressivlik erməni tərəfinin əməlləri nəticəsində yaranır. Biz hər iki xalqın vasitəsilə Qafqazda sülhün bərqərar olmasına kömək etməliyik”.

Bütün Gürcüstanın katalikos-patriarxı II İlya da öz növbəsində Azərbaycana səfərindən məmnunluq duyduğunu dilə gətirib. Onun fikrincə, Azərbaycan və gürcü xalqlarının dostluğu möhkəmdir. Gürcüstanın dini rəhbəri ölkəsinin ərazi bütövlüyünün pozulması probleminə də toxunub: “Biz heç vaxt torpaqlarımızın işğalı ilə razılaşmayacağıq” .

Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyevin də iştirak etdiyi görüşün sonunda hər iki ölkənin dini rəhbəri bir-birinə hədiyyələr təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR