Bank Of Baku

İran prezidenti Əhmədinejad QMİ sədri Hacı Allahşükür Paşazadəyə təbrik məktubu göndərib

İran prezidenti Əhmədinejad QMİ sədri Hacı Allahşükür Paşazadəyə təbrik məktubu göndərib
# 06 noyabr 2009 10:38 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. İran prezidenti Mahmud Əhmədinejad Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadəyə təbrik məktubu göndərib. İranın Azərbaycandakı səfirliyindən APA-ya təqdim olunan məktubda deyilir: “Dinlərarası dialoq mövzusunda keçiriləcək konfransda iştirakla əlaqədar Cənabınız tərəfindən ünvanlanmış dəvətnaməni sevinc və məmnunluq hissləri ilə aldım. Bu konfransda şəxsən iştirak etməkdən şad və məmnun olardım. Lakin, öncədən planlaşdırılmış proqramlar mənə belə bir imkanı vermədi. Bununla belə öz təşəkkür və təbriklərimi yaxın dostum və müşavirim Hüccətülislam Vəlmüslimin Hacı Əli Əkbərinin vasitəsilə Sizə çatdırıram”. Əhmədinejad məktubunda İranla Azərbaycan arasında qardaşlıq əlaqələrinin genişlənməkdə olduğunu məmnunluqla vurğulayıb: “Cənabınıza, konfransın təşkilatçılarına və bütün iştirakçılarına bu mübarək məqsədlərə çatmaq istiqamətində səmimi qəlbdən müvəffəqiyyət arzulayıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR