Bank Of Baku

Moskva və Bütün Rusiyanın patriarxı Kirill Azərbaycana gəlib

Moskva və Bütün Rusiyanın patriarxı Kirill Azərbaycana gəlib
# 06 noyabr 2009 10:42 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Moskva və Bütün Rusiyanın patriarxı Kirill Azərbaycana bir günlük səfərə gəlib. APA-nın məlumatına görə, hava limanında patriarxı Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu Aleksandr, baş nazirin müavini Elçin Əfəndiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, Rusiyanın Azərbaycandakı səfirliyinin böyük müşaviri Aleksandr Trofimov qarşılayıblar.
Patriarx Bakıda Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin 60 illiyi və bu vəzifədə çalışmasının 30 illiyi ilə bağlı tədbirlərdə və dinlərarası dialoq mövzusuna həsr olunmuş konfransda iştirak edəcək. O, prezident İlham Əliyevlə də görüşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR