Bank Of Baku

Bakıda “Dinlərarası dialoq: qarışılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda “Dinlərarası dialoq: qarışılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilir
# 06 noyabr 2009 12:03 (UTC +04:00)
APA-nın xəbərinə görə, konfransda Azərbaycan prezidenti İlham Əliyev, yüksək çinli dövlət və hökumət rəsmiləri, o cümlədən Azərbaycanda akkreditə olunan xarici ölkələrin səfirləri və diplomatik korpuslarının təmsilçiləri iştirak edirlər.

A. Paşazadənin yubiley mərasimində iştirak etmək üçün Moskva və Bütün Rusiyanın Patriarxı Kiril, Gürcüstanın Katalikos Patriaxı II İlya, Belarus patriarxı Filaret, İran prezidentinin mədəniyyət məsələləri üzrə müşaviri Hacı Əli Əkbəri, İranın Ali Dini rəhbərinin müşaviri, Dinlərarası Yaxınlaşma Təşkilatının sədri Ayətulla Əli Təsxiri, Özbəkistan müftisi Abdulrəşid-Kori Baxromov, İslam Konfransı Təşkilatının baş katibi İkmələddin İhsanoğlu və digər şəxslər Azərbaycana gəlib.

Bundan başqa, Şeyxülislamı təbrik etmək üçün Çeçenistan prezidenti Ramzan Kadırov, Dağıstan prezidenti Muxu Əliyev də yubiley mərasiminə qatılıblar.

Yubiley mərasimi sabah “Təzə pir” məscidində davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR