Bank Of Baku

Moskva və Bütün Rusiyanın patriarxı Kiril Azərbaycanda yaşayan pravoslavları müsəlmanlarla münasibətləri dəyərləndirməyə çağırıb

Moskva və Bütün Rusiyanın patriarxı Kiril Azərbaycanda yaşayan pravoslavları müsəlmanlarla münasibətləri dəyərləndirməyə çağırıb
# 06 noyabr 2009 14:07 (UTC +04:00)
Bakı-APA. Moskva və Bütün Rusiyanın patriarxı Kiril Azərbaycanın pravoslav dindarlarını islam dininə tapınan insanlarla mehriban münasibətləri dəyərləndirməyə çağırıb. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, Bakıdakı kafedral kilsədə moizə edən Kiril yeni dövrün insanların qarşısına çoxsaylı problemlər çıxardığını bildirib: “İnsanlar etdikləri dualara Tanrının verdiyi cavabı dinləmək üçün kilsəyə getməlidir. Lakin pravoslav olmaq üçün kilsəyə getmək azdır. İnsanlar öz dini inanclarını övladlarına və nəvələrinə də ötürməli, Allahın qanununu ürəklərində mühafizə etməlidirlər. Əgər insanın ruhu ölürsə, o insanlıqdan çıxmış olur”.

Patriarx Azərbaycanda azsaylı pravoslav icmasının yaşamasına baxmayaraq, ölkədə pravoslav inancının hələ Bakının səmavi himayədarı Varfolomeyin dövründən bu yana 200 min il ərzində qorunduğunu bildirib. Moizədən sonra patriarx Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu Aleksandr ataya bəzəkli xaç, kafedral kilsəyə isə İsanın ikonasını bağışlayıb. Mərasimdə Minsk və Slutsk mitropoliti Filaret, Konstantinopol patriarxlığının nümayəndəsi, Qall mitropoliti Emmanuil və başqa dini xadimlər də iştirak ediblər. Dini mərasimdə 500-dək şəxs iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR