Bank Of Baku

Rusiya prezidenti Dmitri Medvedyev Şeyxülislam Hacı Allahşükür Paşazadəni “Şərəf” ordeni ilə təltif edib

Rusiya prezidenti Dmitri Medvedyev Şeyxülislam Hacı Allahşükür Paşazadəni “Şərəf” ordeni ilə təltif edib
# 06 noyabr 2009 14:28 (UTC +04:00)
APA-nın Rusiya prezidentinin rəsmi saytına istinadən yaydığı məlumata görə, dövlət başçısı Şeyxülislama uzun ömür, cansağlığı arzulayıb. Dmitri Medvedyev Şeyxülislam Hacı Allahşükür Paşazadənin “Şərəf” ordeni ilə təltif olunması haqqında sərəncam imzaladığını xatırladaraq bildirib ki, bu orden QMİ sədrinin dinlərarası dialoqda, Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsində oynadığı rola verilən yüksək qiymətin təcəssümüdür.

Rusiya prezidentinə təşəkkür edən Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib ki, iki ölkənin xalqları arasında qarşılıqlı etimad və inamın, dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR