Bank Of Baku

Allahşükür Paşazadə Rus Pravoslav Kilsəsinin “Şərəf və Şöhrət” ordeni ilə təltif edilib

Allahşükür Paşazadə Rus Pravoslav Kilsəsinin “Şərəf və Şöhrət” ordeni ilə təltif edilib
# 06 noyabr 2009 15:20 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Moskva və Bütün Rusiyanın patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadəni 1-ci dərəcəli “Şərəf və Şöhrət” ordeni ilə təltif edib. APA-nın məlumatına görə, A. Paşazadəni təbrik edən patriarx onun SSRİ-nin süqutu zamanı yaranmış qarışıqlıqda rus kilsəsi ilə dostluq əlaqələrini qoruduğunu xatırladıb: “Buna görə sizə minnətdarlığımı bildirirəm”.

Patriarx Kirill Rus Pravoslav Kilsəsinin Moskva Patriarxlığının Qafqaz Müsəlmanları İdarəsi ilə dostluq və tərəfdaşlığı yüksək qiymətləndirdiyini söyləyib. O, şeyxülislamın dinlərarası dialoqun inkişafına verdiyi töhfəni və Rusiya Dinlərarası Şurasının yaradılmasında iştirakını da qeyd edib: “Azərbaycanda heç vaxt pravoslavlar təqib olunmayıb, ruslar öz canlarını qurtarmaq üçün buradakı evlərini atıb getmək məcburiyyətində qalmayıblar”.

Patriarx yubilyara nəfis zərgərlik işi olan iki şamdan hədiyyə edib.

Qeyd edək ki, “Şərəf və Şöhrət” ordeni ilə bu günə qədər mərhum patriarx II Aleksi və Rusiyanın baş naziri Vladimir Putin təltif olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR